Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ildə Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı

27 yanvar 2017 | 11:00

27 yanvar 2017-ci il tarixində Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, rayon İcra hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəsi Oqtay Sadıqov hesabat verərək qeyd etdi ki, 2016-cı il Lökbatan qəsəbəsi üçün olduqca  uğurlu bir olmuşdur. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi  sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına da qəsəbədə xeyli işlər görülmüşdür. Təbii ki, görülmüş işlər göz qabağındadır və bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Qəsəbə sakinlərini narahat edən problemlər də Lökbatan qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazımi tədbirlər görülmüşdür.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinləmişdir. Çıxış edən qəsəbə sakinləri ölkə başçısına öz dərin təşəkkürlərini bildirmişlər. Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir. Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2016-cı ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

Keçidlər