4-7 yanvar 2017-cı il tarixlərində Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun və nümayəndə heyətinin Çin Xalq Respublikasının Dalyan şəhərinin Yeni Cinpu rayonuna işgüzar səfərinin nəticələrinə dair PROTOKOL
Çin Xalq Respublikası Dalyan şəhəri Yeni Cinpu rayonu Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri cənab Van Çinq Kuan-ın rəsmi dəvətinə müvafiq olaraq Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi ilə nümayəndə heyyəti 4-7 yanvar 2017-cı il tarixlərində Yeni Cinpu rayonunda işgüzar səfərdə olmuş və səfər çərçivəsində bir sıra görüşlər keçirilmişdir.
Səfər zamanı ilkin olaraq Yeni Cinpu rayonu Sənaye və Ticarət Palatasının sədri xanım Can Şi Xunq, Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri cənab Van Çinq Kuan və Ticarət Komitəsi katibinin müavini cənab Pinq Yuanın iştirakı ilə nümayəndə heyətləri arasında ikitərəfli görüş keçirilmişdir.
Görüşdə Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri cənab Van Çinq Kuan rəsmi dəvəti qəbul edib Dalyan şəhərinin Yeni Cinpu rayonuna işgüzar səfər etdiyi üçün cənab Süleyman Mikayılova dərin minnətdarlığını bildirdi. Xanım Can Şi Xunq səfər müddətində keçiriləcək ikitərəfli görüşlərin yaxın gələcəkdə ölkələr və rayonlar arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinə böyük təkan verəcəyini bildirdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Dalyan şəhərinin Yeni Cunpi rayonuna rəsmi dəvət üçün təşəkkürünü bildirmiş və burada aparılan görüşlərin ölkələrimiz və rayonlarımız arasında qarşılıqlı iqtisadi və mədəni əlaqələrin inkişafına öz müsbət təsirinin göstərəcəyini qeyd etdi. Cənab S.Mikayılov iki ölkə arasında mədəni əlaqələrin tarixi çox qədim zamanlara eradan əvvəl II əsrin əvvəllərinə təsadüf etdiyini qeyd etdi.
Qeyd olundu ki, Çin Xalq Respublikasının Dalyan şəhərinə və Yeni Cinpu rayonuna işgüzar səfərin əsas məqsədi rayonun iqtisadi və sənaye potensialı, həmçinin mədəniyyəti ilə yaxından tanış olmaq, ölkələrimiz və rayonlarımız arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi və investisiyaların cəlb edilməsinə nail olunmasıdır.
Daha sonra Çin Xalq Respublikasının Dalyan şəhəri Yeni Cinpu və Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonları arasında “Qarşıqlı İqtisadi Əlaqələr və İnvestisyaların Təşviqi” nə dair mövzusunda geniş tədbir keçirildi.
Görüşdə Yeni Cinpu rayonu Ticarət Komitəsinin katibi cənab Van Da Şinq, Yeni Cinpu rayonu Sənaye və Ticarət Palatasının sədri xanım Can Şi Xunq, Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri cənab Van Çinq Kuan və Ticarət Komitəsi katibinin müavini cənab Pinq Yuan, Xaricilərlə İş Bürosunun sədr müavini cənab Vu Zhi Chao və müxtəlif sahələri, o cümlədən ağır və yüngül sənaye sahələrini, neft və maşınqayırma sənayesini, kənd təsərrüfatı, tikinti materialları və lift istehsalı, plastik məmulatlar və dəmir boru istehsalı, eləcə də turizim, elektrotexnika və əczaçılıq və digər sektorları təmsil edən iş adamları iştirak edirdi.
Yeni Cinpu rayonu Ticarət Komitəsinin katibi cənab Van Da Şinq çıxış edərək Qaradğ Rayon İcra Hakimiyyəti başçısı cənab S.Mikayılovu və nümayəndə heyyəti üzvlərini salamlamış və keçirilən görüşün böyük əhəmiyyətini və gələcək inkişaf prespektivlərini qeyd etmiş və uğurlar arzulamışdır.
Qeyd edilmişdir ki, Çin Xalq Respublikasının höküməti qədim ipək yolu üzərində yerləşən ölkələrlə sıx dostluq əlaqələri qurulmasına və bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır. Bu məqsədlə Azərbaycan Respubli-kasının əlverişli coğrafi mövqedə - Şərqdən Qərbə olan tarixi “İpək yolunun” üzərində yerləşməsi Çinli iş adamlarının Azərbaycanla bütün sahələrdə qarşılıqlı iqtisadi əlaqlərinin genişləndirilməsinə və sərmayələrin yatırlmasına böyük maraq göstərilir. Bu məqsədlə investisyaların qarşılıqlı təşviq edilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış edərək rəsmi dəvət üçün bir daha minətdarlığını bildirmiş və tədbirin təşkilatçılarına təşəkürünü bildirdi.
Qeyd edildi ki, Azərbaycan müstəqil dövlət olaraq Çin ilə ikitərəfli əlaqələrin qurulmasından ötən 24 il ərzində bu ölkə ilə müxtəlif sahələr üzrə fəal əməkdaşlıq edir. Hazırda Azərbaycan–Çin münasibətləri müxtəlif sahələrdə durmadan inkişaf edir. Beynəlxalq Təşkilatlar çərçivəsində iki ölkə arasında ugurlu əməkdaşlıgın həyata kecirilməsi, iqtisadi, siyasi, mədəni əlaqələrin güclənməsinə zəmin yaradır.
Dövlət başçısı cənab İlham Əliyev tərəfindən ötən müddət ərzində Azərbaycanda biznes mühitinin davamlı inkişafına yaradılmış münbit şərait yerli və xarici iş adamları üçün tətbiq edilən xüsusi vergi və gömrük güzəştləri ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsinə geniş zəmin yartdığı, həmçinin ölkədə qeyri neft sektorunun xüsusilə sənayenin, kənd təsərrüfatının və turizmin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən dövlət proqramları qəbul edildiyi bildirildi.
Tarixi İpək yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olduğu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Ələt qəsəbəsində Xəzər dənizi hövzəsində yaradılmaqda olan Azad Ticarət Zonası Şərq-Qərb və Şimal-Cənub dəhlizi olmaqla Çindən və Mərkəzi Asiya ölkələrindən Qərb ölkələrinə yüklərin qısa zaman ərzində daşınmasına, həmçinin Avropa İttifaqına daxil olan ölkələrlə ticarət dövriyyəsinə ciddi təsir göstərəcəyi qeyd edildi
Cənab S.Mikayılov Azərbaycanda biznesin inkişafına yaradılmış hərtərəfli imkanlara görə Çinli iş adamlarını ökəmizin və Qaradağ rayonunun iqtisadiyyatına ivestisiyalar yatırılmasına dəvət etdi.
Çıxışda Yeni Cinpu rayonu Sənaye və Ticarət Palatasının sədri xanım Can Şi Xunq və Sahibkarlığın İnkişafı Konfederasiyasının sədri cənab Van Çinq Kuan keçirilən görüşün əhəmiyyəti və prespektivləri haqda ətraflı məlumat verərək gələcəkdə ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin və ticarət dövriyəsinin artımına müsbət təsirini göstərəcəyi bildirildi.
Görüşdə Çin Xalq Respublikasının Liaoniq Vilayətinin Dalyan şəhəri Yeni Cinpu rayonunun Sahibkarlığın İnkişafı Konfederasiyası ilə Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayonu İcra Hakimiyyəti arasında qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, xarici investi-siyaları və yeni innovasiyalar tətbiq etməklə Azərbaycanda istehsal və xidmət sahələrinin yaradılması və genişləndirilməsi məqsədilə Memorandum imzaladılar.
Görüş çərçivəsində Azərbaycan Respublikasının tarixini və mədəniy-yətini əks etdirən, eləcə də Dalian şəhəri haqda video çarx nümayiş etdirildi.
Həmin gün 100-dən artıq Çinli iş adamlarının iştirakı ilə işgüzar görüş keçirilmiş və sahibkarların çoxsaylı suallarına ətraflı məlumat verilmişdir.
Cənab S.Mikayılov və nümayəndə heyyətinin üzvləri səfər çərçivəsində Yeni Cinpu rayonunda fəaliyyət göstərən bir sıra, o cümlədən təbii və süni Seramika, plastik və dəmir boru və neft avadanlıqları istehsalı müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmuşlar.