Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ildə Puta qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı

25 yanvar 2017 | 11:00

25 yanvar 2017-ci il tarixində Puta qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyəti qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Puta qəsəbəsi üzrə nümayəndəsi İsa Gözəlov hesabat verərək qeyd etdi ki, 2016-cı il Puta qəsəbəsi üçün uğurlu il olmuşdur.
Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Puta qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası nəticəsində qəsəbədə uşaq bağçası tamamlanın, İdman kompleksinin inşası isə davam etdirilir. Qəsəbədaxili yollara  çınqıl tökülərək yayılmışdır.
Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır.
Qəsəbə sakinlərini narahat edən problemlər qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazımi tədbirlər görülmüşdür.
Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2016-cı ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

Keçidlər