20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüş
Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasovun görüşü keçirildi.
20 Yanvar hadisələrini xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini cənab Emil Abbasov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını bildirdi. O qeyd etdi ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayəti xalq kütlələrini daha da birləşdirərək, xalqımızın özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldığını və müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı, onları narahat edən mövzular ətrafında öz fikirlərini bildirdi. Qaldırılan problemlərin həlli istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov aidiyyəti üzrə öz tapşırıqlarını verdi.
Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailələrinə maddi və ərzaq yardımı göstərildi.