Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın 20 illik yubileyi ilə bağlı təntənəli yığıncaq

02 noyabr 2012 | 11:00

01 noyabr 2012-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Milli Məclisin deputatı Fəttah Heydərov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və digər qonaqlar iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül çiçək dəstələri qoymuşlar.
Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatını əks etdirən foto stendlərə baxış keçirmiş, Ümummilli Liderin Qaradağa səfərləri ilə yaxından tanış olmuşlar.
Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qonaqlara Ulu Öndərin Qaradağ rayonuna xüsusi diqqəti və qayğısından danışmışdır.
Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan qonaqlar daha sonra konfrans zalında yığıncaqda iştirak etmişlər.
Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq partiya həyatının tarixini əks etdirən filmin nümayişi ilə başlanmışdır.
Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Yeni Azərbaycan Partiyasının zəngin yol keçdiyini, özünü ölkənin siyasi həyatında həlledici qüvvəyə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini qeyd etmişdir.
Öz çıxışında YAP icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov qeyd etmişdir ki, bu gün dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri vardır.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov tədbir iştirakçıları yarandığı zamandan Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdə sülh, əminamanlıq və demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, demokratik dövlətin yaranması, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatlar həyata keçirilməsi kimi qarşısına məqsədlər qoyduğunu bildirmişdir.
Tədbirdə çıxış edən natiqlər YAP-ın yaranma tarixindən, o dövrdəki mövcud ictimai-siyasi vəziyyətdən və Heydər Əliyev şəxsiyyəti ətrafında baş verən hadisələrdən bəhs etmişlər. YAP-nın təhsis konfransı, ilk dəfə seçilmiş rəhbər orqanlar barədə iştirakçıların diqqətinə əsas məqamları çatdırmış və partiyanın inkişaf yolundan danışmışdır.
Çıxış edənlər qeyd etmişlər ki, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar məhz Yeni Azərbaycan Partiyasının fəaliyyətinin bəhrəsidir.
 

Keçidlər