Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu Qaradağ rayonunda yaşayan əlil sakinlərə 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə təbrik etdi

30 dekabr 2016 | 11:00

29 dekabr 2016-cı il tarixində Sahil qəsəbəsindəki “Kristal Palace” şadlıq sarayında 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Qaradağ rayonunda yaşayan əlil sakinləri üçün Heydər Əliyev Fondu tərəfindən bayram şənliyi keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov və rayonda yaşayan əlil sakinlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov  tədbir iştirakçılarını 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik etdi. Qeyd etdi ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü – Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Bildirdi ki, ötən 2016-cı il bizim yaddaşımızda ən əziz, ən uğurlu il olmuşdur. Ölkə rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə rayonumuzda yeni-yeni müəssisələr, iş yerləri, ümumtəhsil məktəbləri,  məktəblər, uşaq bağçaları, uşaq evləri, müalicə mərkəzləri, sanatoriyalar tikilmiş, parklar salınmış, Azərbaycan xalqının rifahı naminə müxtəlif sazişlər, müqavilələr bağlanmış, proqramlar və layihələr həyata keçirilmiş, quruculuq, abadlıq işləri aparılmışdır.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək tədbir  iştirakçılarının diqqətinə çatdırdı ki, 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına yönəlmiş dövlət proqramlarına dəstək verərək müxtəlif layihələr həyata keçirir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən Müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr Fondun daim diqqət mərkəzindədir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.
Heydər Əliyev Fondunun ölkəmizdə, o cümlədən Qaradağ rayonunda da çoxlu irimiqyaslı layihələr reallaşdırılmışdır.
Daha sonra tədbir bayram konsert ilə davam etdirildi..
Tədbirin sonunda Heydər Əliyev Fondu tərəfindən rayonda yaşayan əlil insanlara yeni il hədiyyələri verildi.

Keçidlər