31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə aztəminatlı ailələrə yardım edildi
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə rayonun aztəminatlı ailələri ilə görüş keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov görüşdə iştirak edən hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzuladı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərinin danılmaz olduğunu bildirdi. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas məzmununu milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd etdi. Hər bayramda olduğu kimi bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən rayonunun aztəminatlı, imtiyazlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğuladı.
Daha sonra çıxış edən rayon ictimaiyyət nümayəndələri onlara hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu” tərəfindən 3800 ailəyə ərzaq yardımı verildi.