Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

21 dekabr 2016 | 11:00

Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Səngəçal qəsəbəsi, 222 saylı tam orta məktəbin müəllim və şagird heyəti ilə keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi, kapitan Adil Hüseynov, Səngəçal qəsəbə məscidinin imamı Qafur Zahidov, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Qaradağ rayonunda həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söz açaraq, xüsusilə gənc nəslə düzgün dini məlumatların çatdırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev Dini radikalizm və ekstremizmə qarşı mübarizə mövzusunda geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, dini radikalizm dünya üçün böyük təhlükəyə çevrilsə də, ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətdə aparılan genişmiqyaslı mübarizə öz müsbət nəticələrini verməkdədir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ictimai-siyasi sabitlik və vətəndaş həmrəylinin təmin olunduğunu bildirən C.Əliyev bununla bağlı şagirdlərə geniş məlumat verib.
Daha sonra çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rauf Amirov dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə haqqında geniş məlumat verdi. R.Əmirov Dövlət Təhlükəsizliyi Xidmətinin bu istiqamətdəki fəaliyyəti haqqında dinləyiciləri məlumatlandırdı.
Tədbirdə çıxış edən Səngəçal qəsəbə məscidinin Qafur Zahidov dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkil edildiyini bildirərək, din xadimlərinin maarifləndirmə işində aktiv iştirakının vacib olduğunu qeyd etdi.
Tədbirin yekununda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər