Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qaradağ rayon filialının görüşü keçirildi.

14 dekabr 2016 | 11:00

14 dekabr 2016-cı il tarixində Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qaradağ rayon filialının görüşü keçirildi.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyətinin Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, “QMƏVŞAİB”in sədr müavini Ariz Məmmədov, “QMƏVŞAİB” Qaradağ filialının sədri Maqsud Heydərov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Mikayıl Zeynalov, həmçinin Qarabağ müharibə əlilləri, veteranlar və şəhid ailələrinin üzvləri iştirak etmişdir.
Hesabat məruzəsi ilə çıxış edən sədr Maqsud Heydərov Dövlətin “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi” nə göstərdiyi qayğıdan danışmış və rayon filialının il ərzində gördüyü işlər haqqında məlumat vermişdir.
Daha sonra rayonun ictimai-siyasi fəaliyyətində fəal iştirak edən bir qrup müharibə əlil və veteranları “Fədai” və “Vətən naminə” medalları ilə təltif  olundu. İctimai birliyin hərbi-vətənpərvərlik mövzusunda fəal iştirak edənlərə birliyin fəxri fərmanları təqdim edildi.
Tədbirin sonunda 233 saylı orta məktəbin şagirdləri tərəfindən ədəbi kompozisiya göstərildi.

Keçidlər