Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini ekstremizm və məzhəblərarası vəhdət” layihəsi çərçivəsində 17 dekabr 2016-cı il tarixdə növbəti maarifləndirici tədbir keçirilmişdir

17 dekabr 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbə məscidi dini icması tərəfindən “Dini ekstremizm və məzhəblərarası vəhdət”  layihəsi çərçivəsində 17 dekabr 2016-cı il tarixdə növbəti maarifləndirici tədbir keçirilib.
Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, “Mədəniyyət evi”ndə keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin inspektoru, polis kapitanı Əli Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rauf Amirov,  Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov, Müşfiqabad qəsəbə məscidinin din xadimləri, məktəb direktorları, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov dini icma tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin xüsusilə gənclər arasında müsbət nəticələr verdiyini və bunun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğuladı. İ.Süleymanov başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla dövlətin dini icmaya göstərdiyi diqqət və qayğıya görə aidiyyəti qurumlara öz təşəkkürünü bildirdi
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev Dini ekstremizm və onun ictimai fəsadları barədə geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, ölkəmizdə dövlət-din münasibətlərinin sağlam müstəvidə qurulması və dini ekstremizmə qarşı bütün istiqamətlərdə həyata keçirilən tədbirlər cəmiyyətdə də rəğbətlə qarşılanmaqdadır. Yerlərdə dini icmaların aktiv fəaliyyətinin vacibliyini vurğulayan C.Əliyev gənclərin düzgün dini maarifləndirilməsinin də ümumi işə böyük töhfə verəcəyini bildirdi.
Daha sonra çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rauf Amirov dini ekstremizm və radikalizmlə hüquqi-inzibati istiqamətdə aparılan mübarizə haqqında geniş məlumat verdi. O, öz çıxışında dini ekstremizmin yaranma səbəbləri haqqında da məlumat verdi.
Tədbirdə çıxış edən Müşfiqabad qəsəbə məscidinin din xadimləri, məktəb direktorları və digər natiqlər layihənin uğurlu icrasının qəsəbədə dini maarifləndirmə işinin təşkili üçün gözəl şərait yaratdığını bildirdilər.
Tədbirin yekununda şagirdlər üçün çay süfrəsi təşkil edildi.

Keçidlər