Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun qəsəbələrində Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxundu və ehsan süfrələri açıldı

12 dekabr 2016 | 11:00

12 dekabr 2016-cı il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev adına parkda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzməklə öz dərin ehtiramlarını bildirdilər.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım mərasimində iştirak edən rayon ictimaiyyəti abidə önünə tər gül çiçək dəstələri qoyduqdan sonra rayonun bütün qəsəbələrində Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxundu.
Rayonun bütün qəsəbələrində rayon İcra hakimiyyəti tərəfindən ümumilikdə 1250 nəfərlik ehsan süfrələri açıldı.
Allah rəhmət eləsin!

Keçidlər