8 Noyabr – “Zəfər Günü”nə həsr olunmuş 180 nömrəli tam orta məktəbdə “Zəfərə gedən yol” adlı konfrans keçirildi.
8 Noyabr – “Zəfər Günü”nə həsr olunmuş 180 nömrəli tam orta məktəbdə “Zəfərə gedən yol” adlı konfrans keçirildi.
Tədbirin əvvəlində məktəbin gənc rəssamlarının rəsm əsərlərinə baxış keçirildi.
Konfrans zamanı canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin direktoru Atakişi Cəfərov tədbir iştirakçılarını salamlayaraq ölkəmizin igid oğullarının şücaətindən, Ali Baş Komandanın başçılığı ilə qəhrəmancasına döyüşərək öz qanları bahasına bu qələbəni bizə qazandıran cəsur şəxsiyyətlərimizdən söhbət açdı.
Konfransda çıxış edənlər Zəfər gününün mahiyyətindən danışaraq şagirdlərə maraqlı məqamları açıqladılar.
Konfransın bədii hissəsində şagirdlər vətənpərvərlik ruhunda şeirlər səsləndirdilər.