“8 Noyabr – Zəfər Günü” münasibətilə II Fəxri xiyaban ziyarət edildi
08 noyabr 2026 | 21:57
08 noyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri II Fəxri xiyabanda şəhidlər – mayor Elsevər Vaqif oğlu Paşayevin, kapitan Türkay Nizami oğlu Hüseynlinin, baş leytenant Adil Asəm oğlu İbrahimlinin və tibb xidməti kapitanı Ceyhun Xanlar oğlu Əhmədxanovun məzarlarını ziyarət ediblər.






