Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirildi.
01 dekabr 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində başçının yanında Şuranın növbəti iclası keçirildi.
Şuranın işində rayon İcra hakimiyyəti başçısının yanında Şura üzvləri, rayon İcra hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla 102 nəfər iştirak edirdi.
Şurada Qaradağ rayonunda təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin cari qış mövsümünə hazırlığının vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılovanın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikanın hərtərəfli və sürətli sosial-iqtisadi inkişafına yönələn uğurlu daxili və xarici siyasətinin Qaradağ rayonunda təbliği üzrə görülən təşviqat işləri barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon təsərrüfatı, коmmunal хidmətləri, təmir, tikinti və sosial-abadlıq sahələrində 2016-cı il ərzində görülən işlərin hesabatı barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı Rayon təsərrüfatı şöbəsinin müdiri Rövşən Səmədzadənin, Sərnişindaşımada mövcud vəziyyətin təhlili və qarşıda duran vəzifələr barədə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatı Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Seyfulla Ağayevin məruzələri dinlənildi.
Məruzələr ətrafında çıxışlar bitdikdən sora Şura iştirakçılarının gündəlikdə məsələlər barədə həmçinin rayonun sosial-iqtisadi inkişafının və infrastrukturun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
Məruzələrdə qaldırılan məsələlərin, eləcə də, vətəndaşların problemlərinə həssaslıqla yanaşılmasını və onların həlli istiqamətlərində zəruri addımların atılması və Qaradağ rayonunun qəsəbələrində quruculuq və abadlıq işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verildi.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunaraq, müvafiq rəylər və təkliflər nəzərə alınmaqla qəbul edildi.