Şriftin ölçüsü :

Saytın rəngi :

“1 dekabr-QİÇS-lə beynəlxalq mübarizə günü”nə həsr olunmuş “Zərərli vərdişlərdən qorun” mövzusunda toplantı

01 dekabr 2016 | 11:00

                             

01 dekabr 2016-cı il tarixdə Puta qəsəbəsindəki 184 saylı məktəbdə “Zərərli vərdişlərdən qorun” mövzusunda toplantı keçirildi. Toplantıda  Qaradağ Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi F. Hüseynov,  RPİ-nin əməkdaşı polis polkovnik leytenantı S.İsayev, rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov, RPİ-nin yetkinlik yaşına çatmayanlar üzrə inspektoru C.Ömərova, 9 saylı Birləşmiş şəhər Xəstəxanasının həkimi Y.Şərbətova, 184 № li məktəbin psixoloqu M.Cəbrayıəlova müəllimlər və gənclər iştirak edirdi.
Yığıncaqdan öncə müvafiq mövzuda rayon gənclərinin çəkdikləri rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi.
Toplantını giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov yeniyetmə və gənclərin həyatına müxtəlif yollarla daxil olan zərərli vərdişlərdən və onların fəsadlarından danışaraq həmin məsələnin bütün dövrlərdə aktual olduğunu söylədi. Çıxış edən aidiyyatı təşkilatların təmsilçiləri, həkim Y.Şərbətova, psixoloq  M.Cəbrayıəlova, polis nümayəndəsi S.İsayev
Zərərli vərdişlərin profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər. Tədbirdə sonunda iştirakçılara mövzuya uyğun broşürlər paylandı.

Keçidlər