Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirilib

22 noyabr 2016 | 11:00

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsi Kənan Yaqubov adına 184 saylı tam orta məktəbdə “Dini radikalizm və ekstremizmlə mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev, Qaradağ rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov, orta məktəbin direktoru Rəşad Alcanov, müəllimlər və orta məktəb şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan orta məktəbin direktoru Rəşad Alcanov mövzu ilə bağlı qısa fikirlərini bölüşüb. Daha sonra çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumların təşkilatçısı Yusif Nəsibov Qaradağ rayonu ərazisində dini radikalizm və ekstremizmə qarşı görülən maarifləndirici tədbirlərlə bağlı ümumi məlumat verib.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev dini radikalizm və ekstremizmin mahiyyəti, törətdiyi fəsadlar barədə məruzə ilə çıxış edərək, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açıb.
Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinin Qaradağ rayon İdarəsinin əməkdaşı Rüfət Əmirov bu sahədə görülən inzibati tədbirlər ətrafında çıxış edib. Gənclərimizi radikal təsirlərə və milli-mənəvi dəyərlərimizə yad olan dini ünsürlərə qoşulmamağa çağırıb.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıblar.

Keçidlər