“Ölkəmizi tanıyaq” layihəsinin tur-aksiya iştirakçıları Bakı – Gəncə -Şəmkir –Göygöl marşrutu istiqamətində yola salındılar
12 noyabr 2016-cı il tarixi səhər saatlarında Qaradağ rayonu ümumtəhsil məktəblilərinin qrupu “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasına qoşuldular.
Tur-aksiya iştirakçılarını Bakı – Gəncə - Şəmkir marşrutu istiqamətində yola salmaq üçün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, müəllimlər və valideynlər Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində toplaşdılar.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaqdır. Əvvəlki illərdə iştirak edən şagirdlərin zəngin və xoş təəssüratlar ilə döndüklərini qeyd edərək bu səfərində çox uğurlu və faydalı olacağına əmin olduğunu vurğuladı. Bu şəraiti yaratdığına görə şagirdlər də dövlətimizin başçısı cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Mərasim başa çatdıqdan sonra rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Bakı-Gəncə-Şəmkir-Göygölə yola salındırlar. Dörd gün davam edəcək tur-aksiya çərçivəsində Gəncə, Şəmkir, Göygöl ərazisində tarixi abidələri, görməli yerləri, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olacaqlar.