Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın Milli Qəhrəmanı Cəmil Niftəliyevin xatitə gecəsi” keçirilmişdir

14 noyabr 2016 | 11:00

14 noyabr 2016-cı il tarixdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 233 saylı məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Cəmil Niftəliyevin xatitəsinə həsr olunmuş xarirə gecəsi keçirilmişdir.
Gecədə Qarabağ müharibəsi veteranları, şəhid ailələri, C.Niftəliyevin ailə üzvləri və məktəb kollektivi iştirak edirdi.
Tədbir başlanmazdan əvvəl təhsil ocağının həyətində Cəmil Niftəliyevin büstü önünə gül dəstələri qoyuldu.
Tədbirdə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov, QMƏŞAİB-nin sədri M.Heydərov, 233 saylı məktəbin direktoru G.Bəbirova C.Niftəliyevin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışdılar. Qeyd olundu ki, C.Niftəliyev kimi vətənpərvər insanların şərəfli həyat yolu böyüməkdə olan nəsillər üçün əsl həyat məktəbi və qürur mənbəyidir.
Tədbirin ikinci hissəsində qəhrəmanın adını daşıyan məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirildi. İştirakçılar xatirə gecəsindən dərin təəssüratlarla ayrıldılar.

Keçidlər