Şriftin ölçüsü :

Saytın rəngi :

“Günahsız günahkarlar” tamaşası

03 noyabr 2016 | 11:00

03 noyabr 2016-cı il tarixdə Ə.Əmirov adına Mədəniyyət Sarayında Gənclər və İdman Nazirliyinin sifarişi və Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bakı Uşaq Teatrı tərəfindən insan alverinə qarşı mübarizə məqsədilə hazırlanmış “Günahsız günahkarlar” adlı tamaşa nümayiş etdirildi.
Tamaşadan əvvəl Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planında insan alveri ilə bağlı maarifləndirmə tədbirlərinin aparılmasının aidiyyati dövlət orqanlarının qarşısında vəzifə kimi qoyulmasından, gənclər arasında təbliğat işini genişləndirməklə insan alverinə qarşı mübarizəni kütləvi mübarizəyə çevirməkdən danışdı. Qeyd olundu ki, incəsənətin xüsusi sahəsi olan teatr bu istiqamətdə müstəsna xidmət göstərir və nümayiş etdirilən Arzu Soltanın “Günahsız günahkarlar” tamaşası bu baxımdan ən mühüm təbliğat vasitələrindən biridir.
Daha sonra Bakı Uşaq Teatrının ifasında tamaşaya baxıldı.
Tamaşa bitdikdən  sonra tədbirə tamaşaçı qismində tamaşaya dəvət olunmuş rayon gənclərinin verdiyi müsahibələrdə onlar həm tamaşanın quruluşundan, həm də aktyorların rolları ifa etməsindən olduqca razı qaldıqlarını bildirdilər.
Sonda Qaradağ rayon Gənclər və İdman İdarəsi tərəfindən insan alverinə qarşı mübarizə ilə bağlı Bakı Uşaq Teatrının apardığı maarifləndirmə işlərinə görə teatrın direktoru, “Günahsız günahkarlar” tamaşasının quruluşçu rejissoru İntiqam Soltan fəxri fərmanla təltif olundu.

Keçidlər