Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

28 oktyabr 2016 | 11:00

Oktyabrın 28-də Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən “Şamlı” məscidi dini icması tərəfindən “Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.    Qaradağ rayonu Qobustan qəsəbəsi “Şamlı” məscidində keçirilən tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Amal Məlikov, “Şamlı” məscidi dini icmasının sədri Qaraoğlan Həsənov, hüquq-mühafizə orqanlarının əməkdaşları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.   Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov dini radikalizm və ekstremizmin zərərləri, onunla mübarizənin metodları haqqında mühazirə söyləyib. S.Yoldaşov çıxışında qeyd edib ki, bütün səmavi dinlər sülh və əmin-amanlığın carçısıdır.         Daha sonra Qobustan qəsəbəsi “Şamlı”  məscidi dini icmasının sədri Q.Həsənov və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Keçidlər