Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhərinin Qaradağ Rayonu ilə Çin Xalq Respublikasının Çuzulunpo rayonunun Çunçinq şəhəri arasında iqtisadi və mədəni əlaqələrin yaradılması məqsədilə “Dostluq və Əməkdaşlıq” Rayonu barədə Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

31 oktyabr 2016 | 11:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə ölkə iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində qarşıya qoyduğu mühüm vəzifə və tapşırıqların icrası Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən sistemli olaraq davam etdirilir.

           Çin Xalq Respublikasının Beynəlxaq Mübadilənin Təşviqi İdarəsi, Çunçinq şəhəri üzrə departamentin baş direktorunun rəsmi dəvətinə müvafiq olaraq  Qaradağ Rayonun İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi ilə nümayəndə heyyəti 17-20 oktyabr 2016-cı il tarixlərində Çunçinq şəhərində işgüzar səfərdə olmuş və bir sıra ikitərəfli görüşlər keçirilmişdir.
           Belə ki, səfər çərçivəsində Çunçinq şəhəri, Çuzulunpo  Rayon Xalq hakimiyyəti rəhbərinin birinci müavini və digər rəsmi şəxslərlə, o cümlədən Xarici Ticarət və İqtisadi Əlaqələr Komissiyasının rəhbəri, Xarici Çin Əlaqələri ofisinin direktoru və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Çinli iş adamları ilə işgüzar görüşlər keçirilmişdir.

           Görüşdə ölkələr arasında mövcud olan dostluq, iqtisadi və mədəni əlaqələr çərçivəsində gələcəkdə Çin Xalq Respublikasının Çuncinq şəhəri ilə Bakı şəhəri Qaradağ rayonu arasında qarşılıqlı sosial-iqtisadi, mədəni əlaqələrin  genişləndirilməsi, investisiyaların təşviqi və Qaradağ rayonunun iqtisadiyyatına xarici investisyaların cəlb edilməsi, həmçinin Qaradağ rayonu ilə Çunçinq şəhəri, Çuzulunpo rayonunun  “Dostluq və Əməkdaşlıq” Rayonu adlandırılması barədə Əməkdaşlıq haqqında Memorandum imzalandı.
          Görüşdə Bakı şəhəri Qaradağ rayonunun zəngin sənaye potensialı və  rayonunun sosial-iqtisadi inkişafını əks etdirən təqdimat nümayiş etdirilmişdir.
         Keçirilən görüşlərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında  tarixi əlaqələr, hazırda bu əlaqələrin mövcud inkişaf vəziyyəti, ölkələr arasında sərmayə qoyuluşları, xarici ticarət dövriyyəsinin həcmi və investisyaların təşviqi haqda qarşılıqlı geniş bəhs edilmişdir.
         Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən  ötən müddət ərzində  dövlət başçısı cənab İlham Əliyevin  rəhbərliyi ilə ölkədə həyata keçirilən nəhəng sosial-iqtisadi layihələr, Dövlət Proqramlarının uğurlu icrası, qeyri neft sektoru və sənayenin inkişafı, ölkənin mövcud iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün  yaradılmış əlverişli  biznes mühiti və iş adamlarına tətbiq edilən xüsusi güzəştlər haqda, həmçinin Qaradağ rayonunun sənayesi, sosial-iqtisadi inkişaf göstəriciləri və ölkə iqtisadiyyatında tutduğu strateji mövqeyi haqqında  geniş məlumat verilmişdir.
         Ölkəmizin Şərqdən Qərbə olan tarixi “İpək Yolunun” üzərində yerləşməsi və bu, əlverişli coğrafi şəraitin logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsinə və ölkədə nəqliyyat infrastruk-turunun yaradılmasına əlavə imkanlar açdığı xüsusi qeyd edilmişdir.
          Keçirilən görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılmış, Çinli iş adamlarının Qaradağ rayonunun zəngin sənayesinə investisiyalar yatırılmasına dəvət edilmiş və bu əlaqlərin qarşılıqlı davam etdirilməsi qərara alınmışdır.

Keçidlər