Şriftin ölçüsü :

Saytın rəngi :

“Nə, harada, nə zaman” intellektual oyunu

05 oktyabr 2016 | 11:00

> 05 oktyabr  2016-cı il tarixdə Qaradağ rayon İcra Hakimiyyətinin təşəbbüsü və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə rayon məktəblərinin gənc müəllimləri arasında “5 oktyabr-Müəllim günü”nə həsr olunmuş “Nə, Harada, nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirildi.
Tədbirin açılış hissəsində çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov iştirakçıları rayon rəhbərliyi adından “müəllim günü” münasibətilə təbrik edərək onlara şəxsi və pedaqoji fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Müəllim gününün beynəlxalq aləmdə təsis olunma tarixini nəzərə çatdıran çıxışçı, təhsilə və onun nümayəndələri olan müəllimlərə ölkə Başçısı İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Qeyd etdi ki, təhsilin inkişafı ilə bağlı bütün ölkədə olduğu kimi Qaradağ rayonun təhsil müəssisələrində də beynəlxalq normalara uyğun şərait yaradılmış və bu iş davam etdirilməkdədir. 
Gənclərin intellektual səviyyəsinin artırılması, onların milli və ümumbəşəri dəyərlərə yiyələnməsinin dövlətin daim diqqət mərkəzində saxlandığını diqqətə çatdıran Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov ölkədə gənclər hərəkatına geniş yer ayrıldığını, Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə bağlı görülən işlərdən danışaraq keçirilən oyunun həmin strategiyanın tərkib hissəsi olduğunu qeyd etdi.
Tədbirdə təşkilatçı kimi iştirak edən Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qaradağ rayon Komitəsinin sədri Zümrüd Rzayeva gənc müəllimlərin ictimai-siyasi həyata cəlb olunmasında göstərdiyi xidmətlərə görə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif edildi.
Münsiflər heyətinin sədri İ.Qasımov komandaları yarışın şərtləri və qaydaları ilə tanış etdikdən sonra oyuna start verildi.
Gərgin keçən yarışın ümumi yekun nəticəsinə görə I yerə 288 № li məktəbin müəllimi Kazımova Ulduz, II yerə 180 № li məktəbin müəllimi Məmmədov Sədiyar, III yerə 233 № li məktəbin müəllimi Allahyarova Zənurə  görüldü.
Tədbirin sonunda qaliblər və fərqlənən iştirakçılar fəxri fərmanlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər