Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının XIII hesabat - seçki konfransı

17 oktyabr 2012 | 10:00

16 oktyabr 2012-cu il tarixində saat 1100-da Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının inzibati binasının akt zalında Azərbaycan Respublikası Bakı şəhəri Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının Qaradağ rayon Şurasının XIII hesabat - seçki konfransı keçirilmişdir.
Konfransın işində iştirak edən 55 nəfər nümayəndə rayonun 12 ilk veteran təşkilatını, 2 nəfər nümayəndə Yeni Azərbaycan Partiyasını, 13 nəfər nümayəndə isə ayrı-ayrı ictimai təşkilatı təmsil etmişdir.
Konfransı giriş sözü ilə açan Qaradağ rayon Veteranlar Şurasının sədri Feyruz Hüseynov Rəyasət heyətində əyləşən qonaqları- Bakı şəhər Veteranlar Şurasının sədri Mamed Qarayevi, Nəzarət-Təftiş komissiyasının sədri Camal Qəhrəmanovu, Məsul katib Azad Əsədov və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyevi konfrans nümayəndələrinə təqdim etdikdən sonra konfransın gündəliyinə aşağıdakı məsələlərin daxil edildiyini söylədi.
1. Qaradağ rayon Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının
07 oktyabr 2010-cu ildən hazırkı dövrə kimi fəaliyyəti barədə hesabatı.
( Məruzəçi: Rayon Veteranlar Şurasının sədri – Feyruz Hüseynov )
2. Veteranlar Şurasının Nəzarət-təftiş komissiyasının hesabatı.
( Məruzəçi: Nəzarət-təftiş komissiyasının sədri - Rasim Bağırov )
3. Yeni tərkibin seçilməsi.
4. Bakı şəhəri Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının VIII konfransına nümayəndələrin seçilməsi.
Hər iki məsələ üzrə hesabat məruzələri dinlənildikdən sonra - Rayon Ağsaqqallar Şurasının sədri Təhməz Abbasov, YAP Qaradağ rayon təşkilatının məsləhətçisi Zaməddin Ziyadoğlu, Əmək veteranı İbiş Oəhrəmanov, Beynəlxalq əlaqələr və xalqlar arasında dostluq üzrə daimi komissiyanın sədri Ramin Məmmədov məruzələr ətrafında çıxışlar edərək, Rayon Veteranlar Şurasının 2 illik fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.
Çıxışında Bakı şəhər Veteranlar Şurasının sədri Mamed Qarayev Qaradağ Rayon Veteranlar Şurasının işini yüksək qiymətləndirməklə yanaşı Bakının qalan rayonlarına nümunə ola biləcəyini söylədi.
Çıxışlardan sonra Qaradağ Rayon Veteranlar Şurasının fəaliyyəti “qənaətbəxş” qiymətləndirildi və 29 nəfərdən ibarət Şura üzvü, 5 nəfərdən ibarət Nəzarət-Təftiş komissiyasının üzvləri müəyyənləşdirildi. Şuranın tərkibində 5 daimi komissiyanın fəaliyyət göstərəcəyi qərara alındı.
Konfransda yekdilliklə növbəti 2 il üçün Feyruz Hüseynov - rayon Veteranlar Şurasının sədri, Yaqub Məmmədov sədrin müavini, Paşa Məmmədov - məsul katib, Rasim Bağırov - Nəzarət-Təftiş komissiyasının sədri seçildilər və həmin şəxslərin Bakı şəhəri Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatının VIII konfransında nümayəndə olmaları qərara alındı.
Konfransın işində iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev yeni seçilmiş heyəti təbrik etməklə yanaşı onların qarşısında duran vəzifələri xatırlatdı. O, rayon Veteranlar Təşkilatının işindən və fəallığından razı qaldığını bildirərək bütün konfrans iştirakçılarını əmin etdi ki, dövlətimiz veteranların həyat şəraitinin yaxşılaşdırılması üçün lazım olan bütün tədbirləri həyata keçirir və bunun məntiqi nəticəsi olaraq rayon İcra Hakimiyyəti də öz növbəsində veteranlara diqqət və qayğısını heç zaman əsirgəməyəcək.
Sonda Qaradağ rayon Veteranlar Şurasının XIII konfransının 6 bənddən ibarət qərar layihəsi oxundu və yekdilliklə qəbul edildi.
 

Keçidlər