Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “Bilik günü” qeyd edilmişdir

15 sentyabr 2016 | 11:00

“Bilik günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən bütün təhsil müəssisələrində tədbirlər keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılov Lökbatan qəsəbəsindəki E.Həsənov adına 139 nömrəli tam orta məktəbində keçirilən “Bilik Günü” mərasimində iştirak etmişdir. Rayon rəhbərliyinin yaxından iştirak etdiyi tədbirdə məktəb müəllimlərinin, şagird heyətinin, valideynlərin və birincilərin sevinci hədsiz idi.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Süleyman Mikayılov məktəb kollektivi qarşısında çıxış edərək, yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, onlara gələcək tədris illərində uğurlar arzulamışdır. Cənab Başçı ilk dəfə məktəbə qədəm qoyan birincilərə də uğurlar diləyərək hər birinin gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün savadlı və yararlı vətəndaş olaraq yetişmələrini arzulamışdır.
O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini vurğuladı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamı və inkişaf meyarıdır.
Ötən tədris ilinin də Qaradağ rayonu üçün uğurlu olmuşdur, 2015-2016-cı tədris ilində Qaradağ rayonu üzrə orta məktəbi 1298 şagird bitirmişdir. Onlardan ali təhsil ocaqlarına sənəd verən 934 nəfər məzundan 537 nəfəri ali məktəblərə qəbul olmuşdur ki, bu da sənəd verənlərin 57,5 faizini təşkil edir.
2015-2016-cı tədris ilində Lökbatan qəsəbəsindəki 288 (83,2%), 106 (71,6%), 166 (61,4), Ələt qəsəbəsindəki 302 (82,1%) və 127 (58,6%), Sahil qəsəbəsindəki 228 (60,4%), Ümid qəsəbəsindəki 294 (77,3%), Qobustan qəsəbəsindəki 321 (77,8%), Müşviqabad qəsəbəsindəki 274 (57,5) nömrəli tam orta məktəblərin göstəriciləri yüksək olmuşdur. Ümumiyyətlə, məzunlardan 274 nömrəli tam orta məktəbdən 5, 288, 166 və 253 nömrəli tam orta məktəblərin hər birindən 4, 228 və 294 nömrəli tam orta məktəblərin hər birindən 3, 127, 139, 273 və 302 nömrəli tam orta məktəblərin hər birindən 2, 184 və 195 nömrəli tam orta məktəblərin hər birindən isə 1 nəfər olmaqla 33 nəfər 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərmişdir.
“İlk zəng”in səslənməsi ilə yeni dərs ilinə başlanıldı. Qeyd etmək lazımdır ki, ötən illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində rayon ərazisində bir neçə təhsil ocağı əsaslı təmir olunmuş, yeni tədris korpusları inşa edilərək istifadəyə verilmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.
Bundan başqa Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonumuzun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alacaq 200 nəfər məktəbliyə yeni məktəbli formaları, çantalar və məktəb ləvazimatları təqdim olunmuşdur.

Keçidlər