Lökbatan qəsəbəsində səyyar görüş
12 oktybar 2012-ci il tarixində Ə.Əmirov adına Mədəniyyət Sarayında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 400-ə yaxın qəsəbədə sakinləri iştirak etmişdir. İştirak edən sakinlərin 12 nəfəri fərdi qaydada dinlənilmişdir.
Qəsəbə sakinlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov sakinlərin problemlərini dinləmiş, onların müraciətlərində qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti rayon idarə rəhbərinə müvafiq tapşırıqlar vermişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının cənab Süleyman Mikayılov Respublika Prezidentinin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görülən işlərin sürətlə qəsəbənin inkişafına təkan olduğundan, rayonun inzibati ərazisində tikilən sənaye obyektlərinin qəsəbənin işsizlik probleminin aradan qaldırılmasında xüsusi rolunun olduğunu bildirmişdir. Bu proqram haqqında bir daha ətraflı məlumat verərək başçı rayon sakinlərinə yaxın vaxtlarda görüləcək işlər barəsində danışmışdır.