Azərbaycan dövlətinin memarı
14 iyun 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində arasında Ümummilli Lider Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişinin 47-ci ildönümünə həsr olunmuş “Breyn-rinq”intellektual oyunu üzrə birincilik keçirildi.
Birincilikdə YAP Qaradağ rayonu üzrə ilk partiya təşkilatlarını təmsil edən gənclər iştirak edirdi.
Tədbir gənclərin Heydər Əliyev Mərkəsi ilə tanışlıqla başlandı. Mərkəzin işçiləri tərəfindən nümayəndələrə Heydər Əliyevin şəxsi həyatı, ictimai və siyasi fəaliyyəti barədə ətraflı məlumatlar verildi.
Daha sonra tədbir mərkəzin konfrans zalında davam etdirildi. Açılış mərasimində çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbasov, Heydər Əliyev Mərkəzin direktoru H.Xəlilova, YAP Qaradağ rayon təşkilatının gənclər birliyinin sədri R.Yusopov çıxışlarında qeyd etdilər ki, Ulu Öndərin adı ilə bağlı tarixi günlərin yüksək səviyyədə keçirilməsi məqsədilə Qaradağ rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən rayon üzrə ənənəvi olaraq silsilə tədbirlər keçirilir və böyüməkdə olan nəslin Heydər Əliyev irsinin öyrənilməsində önəmli rolu olan bilik yarışı da həmin tədbirlərin tərkib hissəsidir.
Bilik yarışının qayda və şərtləri izah olunduqdan sonra yarışa start verildi. Suallar Azərbaycanın son 50 ilini əhatə edən Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı qoyulmuşdu.
Üç mərhlədə keçən yarışın ümumi yekun nəticəsinə əsasən I yerə Əhmədova Könül, II yerə Babayev Nazil, III yerə Şükürova Müşfiqə layiq görüldü. Qaliblər fəxri fərmanlar, medallarla təltif edildi.