Şriftin ölçüsü :

Saytın rəngi :

“Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi iqtisadi islahatlar Qaradağ rayonunda sahibkarlığın inkişafında yeni dövrün başlanğıcına zəmin yaradır”.

05 iyul 2016 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə özəl sektorun inkişafına göstərdiyi diqqət və qayğı respublikamızın bütün regionları ilə yanaşı Qaradağ rayonunda da özünü bariz göstərməkdədir.
Dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verilən qərarlar strateji xarakter daşımaqla yanaşı ölkədə sahibkarlığın inkişafında yeni dövrün başlanğıcına zəmin yaratmışdır.
Cari ilin 26 yanvar tarixində keçirilən “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası rayon İcra hakimiyyətinin rəhbərliyi tərəfindən davam etdirilməkdədir.
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, yeni istehsal müəssisələrinin yaradılması,  əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və rəqabətəqabiliyyətli ixracyönümlü məhsul istehsalına nail olunması  istiqamətində Rayon ərazisində ardıcıl işlər aparılır.
Ölkədə əhalinin idman mallarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın aradan qaldırılması məqsədilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində “ASKORP” MMC tərəfindən Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaiti hesabına  idman malları istehsalı müəssisəsinin tikintisinə başlanılmış və hazırda son tamamlama işləri aparılmaqdadır. Müasir standartlara cavab verən texnoloji avadanlıqların alınması məqsədilə müvafiq xarici şirkət ilə müqavilə bağlanılmışdır. İstehsal olunacaq idman malları daxili bazarın tələbatını ödəməklə yanaşı ixrac edilməsi və 60 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində yerli xammaldan istifadə etməklə tikinti materiallarına olan təlabatın yerli istehsal məhsulları hesabına ödənilməsi məqsədilə “ASKORP” MMC  tərəfindən rayonun  Qızıldaş  qsəbəsində kərpic istehsalı müəssisəsinin tikinti işlərinə başlanılmışdır. İstifadəyə veriləcək həmin müəssisədə 20 nəfərin yeni iş yeri ilə təmin olunması nəzərdə tutulmuşdur.
Rayonun Ələt qəsəbəsində fəaliyyət göstərən “Fidan” şirkəti tərəfindən 1 ha sahədə tərəvəz məhsulları üçün istixana kompleksinin və müasir ət kəsimi sexinin  yaradılması nəzərdə tutulmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi rayonda fəaliyyət göstərən sahibkarlara səlahiyyətləri çərçivəsində tam dəstək göstərməklə Dövlət Proqramında nəzərdə tutulan digər istehsal sahələrinin yaradılması istiqamətində sahibkarlar arasında təşviqat və maarifləndirmə işlərini davam etdirir.

Keçidlər