“Öz biznesinə başla” təlimi keçirildi
28 iyun 2016-cı il tarixdə 7 saylı Bakı Peşə Məktəbində gənclərin iştirakı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Yerli gənc” İnkişaf proqramı çərçivəsində Qaradağ rayon İcra Hakimiyyətinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəfdaşlığı ilə “Öz biznesinə başla” təlimi keçirildi. Tədbirində iştirak edən Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov sözügedən təlimin ölkənin bir çox regionlarında, o cümlədən Qaradağ rayonunda keçirilməsinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası ilə bağlı olduğunu diqqətə çatdıraraq gənclərin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək məqsədi daşıdığını bildirdi. Gənclər Təşkilatları Milli Şurası tərəfindən təyin olunmuş təlimçilər şəxsi biznesi necə və nədən başlamaq, onun başlanması üçün hansı keyfiyyət göstəricilərin olmasının, fəaliyyət dövründə biznesin davamlı inkişafı üçün nələrin daim diqqət mərkəzində saxlamağın vacibliyini iştirakçıların nəzərinə çatdırdılar.
Çay fasiləsində sonra iştirakçılara bizneslə bağlı sualları cavablandırmaq üçün sorğu anketləri paylandı.
Tədbirin sonunda təlim iştirakçılarına Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının şəhadətnamələri verildi.