Şriftin ölçüsü :

Saytın rəngi :

23 iyun - Dövlət Qulluqçuları Günü

23 iyun 2016 | 11:00

23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, başçının müavinləri, aparatın işçiləri və rayonun digər qurumlarında çalışan dövlət qulluqçuları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edərək vurğuladı ki, Azərbaycanda dövlət quruculuğu sahəsində əsaslı islahatlar xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkə başçısı cənab İlham Əliyevin qayğısı ilə dövlət qulluğunda çalışan hər kəsin və onun ailə üzvlərinin yaxşı yaşayıb işləməsi üçün müvafiq şərait yaradılmışdır. Dövlət qulluğu sahəsində kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yeri və rolundan, onların hüquq və vəzifələrindən söhbət açan natiq qeyd etmişdir ki, bu insanlarının fəaliyyəti həmişə cəmiyyətin diqqət mərkəzində olur, onların hər bir addımı, hər bir hərəkəti sıravi vətəndaşlar tərəfindən diqqətlə izlənilir, bütövlükdə hər bir vətəndaş öz gündəlik həyatında rastlaşdığı problemlərin həllində onlara böyük ümidlər bəsləyir və onlar bu ümidləri mütləq doğrultmalıdırlar.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov qeyd etdi ki, bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması Möhtərəm Prezidentimiz İlham Əliyevin cənablarının daim diqqətindədir. Bundan başqa bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Muradov Nadir Yədulla oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin dövlət qulluğunda çalışan bir neçə əməkdaşa fəxri fərman və hədiyyələr təqdim olundu.

Keçidlər