Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

17 iyun 2016 | 11:00

İyunun 17-də Qaradağ Rayon İcra Hakimiyyətində səhiyyə işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov, rayonun səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə təbrik etdi, onlara ən xoş arzularını bildirdi və şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Tibb işçiləri onlara göstərilən hərtərəfli diqqət və qayğı üçün ölkə başçısına minnətdarlığını bildirərək ölkəmizdə yenidən qurulan tibb ocaqlarının siyahısında rayonumuzda yer aldığını sevindirici olduğunu bildirdilər. Qeyd olundu ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Qaradağ rayonunda 6 səhiyyə ocağı əsaslı təmir olunaraq ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur ki, bu da əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini dəfələrlə artırmışdır.
Tədbirin sonunda 19 saylı BŞX-nın həkim rentgenoloqu İradə Əliquliyeva, 23 saylı BŞX-nın baş həkiminin müavini Hüseyn İsrafilzadə və 15 saylı TTTYS feldşeri Ağanisə Nəcəfovaya fəxri fərman, Ələt Dəmiryol Xəstəxanasının terapevti Rizvan İsmayılov, 9 nömrəli BŞX-nın terapevti Azər Zeynalov və 13 nömrəli Şəhər Poliklinikasının terapevti Firəngiz Əsgərovaya xatirə hədiyyələri təqdim olundu.
.

Keçidlər