Gənclər üçün peşə bələdçisi
26 may 2016-cı il tarixdə Qaradağ Gənclər Evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “İstehsalat təcrübəsi, şagirdlik və könüllülük kimi iş təcrübələrinin gənclər arasında təbliğ olunması” mövzusunda seminar keçirildi.
Seminarda iştirak edən Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İ. Hacıyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E. Abbacov mövzunun aktuallığından, layihənin keçirilmə məqsədindən ətraflı danışaraq belə mövzuda layihələrin gənclərin məşğulluq problemlərinin həllində olan əhəmiyyətini qeyd etdilər.
Təlimçi Mübariz Qasımov seminarda gənclərin əməyə dəyər kimi yanaşmalarnın vacibliyini, məşğulluq imkanlarının nəzərə alınmasının zəruriliyini xüsusilə vurğuladı.
Seminarın növbəti hissəsi, “Peşə karyerası”, rayon gənclərinin fəal iştirakı ilə keçirildi.
Dinləyicilərin nahar fasiləsindən sonra gənclərin maraq dairəsinə aid olan mövzular təhlil edildi.
Sonda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları paylandı.