Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının iclası keçirilmişdir

26 may 2016 | 11:00

26 may 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının iclası keçirilmişdir.
Şuranın işində rayon İcra hakimiyyəti Apelyasiya Şurasının üzvləri, “Azəri” MMC-nin rəhbərliyi, rayon İcra hakimiyyətinin məsul işçiləri də daxil olmaqla 13 nəfər iştirak edirdi.
Şura “Azəri” MMC rəhbərliyinin Qaradağ Rayon İcra Hakimiyyətinin  hərəkətsizliyindən edilən şikayətinə baxmışdır.
Sahibkar Bakı-Qazax magistral avtomobil yolunun 15-ci km, 3 ünvanında  onlara məxsus anbarlardan nəqliyyat vasitələrinin birbaşa magistral avtomobil yoluna çıxış üçün istinad divarları sökülərək arka tipli yolun açılmasına icazənin verilməməsindən şikayət edirdi.
Apellyasiya Şurasının üzvləri sahibkarın şikayətini ətraflı dinləmiş, bu məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən verilmiş rəylər və mövcud vəziyyət geniş müzakirə olunmuşdur. Sahibkarın müraciəti üzrə müvafiq qərar qəbul edilmişdir.

Keçidlər