Şriftin ölçüsü :

Saytın rəngi :

01 oktybar – Beynəlxalq «Ahıllar günü»

02 oktyabr 2012 | 10:00

1oktyabr – Ahıllar günü müünasibətilə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 100 nəfər ahıla ərzaq sovqatı verilmişdir. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zəfər Əliyev və Mahmud Qubatov, aparatın şşöbə müdirləri, ahıllar iştirak etmişdir.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev açaraq, Ahıllar günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və çıxışında qeyd etmişdir ki, respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərilir. Belə ki, rayon İcra Hakimiyyəti Başçısının aparatı ahıllarla daim sıx əlaqə saxlayaraq, onların problemləri, gündəlik qayğıları ilə mütəmadi məşğul olur.
Respublikamız müstəqillik əldə etdikdən sonra BMT-nin 14.12.1990-cı ildə çıxardığı qərara əsasən 01.10.1991-ci ildən mütamadi olaraq qeyd edilən ahıllar günü münasibəti ilə hər il bir neçə nəfər müqəddəs dini ziyarətgahlara - Məkkə, Mədinə, Kərbala şəhərlərinə göndərilir. Belə tədbirlərin keçirilməsini mənəvi borc hesab edilir.
Rayonda yaşayan ahıllarımızın, ağsaqqallarımızın rayonun ictimai-siyasi həyatında fəal iştirakını, onların rayon Ağsaqqallar Şurasındakı fəaliyyətləri təqdir edilir.
Bu gün ahıllarımız, ağsaqqallarımız gənc nəslin tərbiyəsində, onların hərbi-vətənpərvərlik ruhunda yetişməsində böyük rol oynayırlar. Çünki, bizim ahıllarımız böyük həyat təcrübəsi keçiblər. İkinci Dünya Müharibəsinin ağrı-acılarını məşəqqətlərini çəkən ağsaqqallarımız, müharibə veteranları alman faşistlərinə qarşı fədakarlıqla mübarizə apararaq, vətənin müdafiəsinə qalxmış, əsil vətənpərvərlik nümayiş etdirmişlər. Zəhmətkeş ahıllarımız, əmək qəhrəmanlarımız da az olmamışdır.
Rayon Ağsaqqlar Şurasının sədri Təhməz Abbasov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə ahıllar adından təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycanımızın müstəqil dövlət kimi dünyanın böyük, nəhəng dövlətləri ilə bir cərgədə addımladığı dövrdə ağsaqqal sözü, ahıl məsləhəti gənclərə hələ çox lazımdır.
Bütün dünyada beynəlxalq təşkilatlar tərəfindən hər il «Ahıllar günü» münasibəti ilə geniş həcmli tədbirlər həyata keçirilir, kimsəsiz qocalara yardımlar göstərilir.
Yaşlı nəslə, xususən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir. Bu haqda müdrik atalarımızın daha gözəl kəlamı vardır: «Qocalara hörmət et, səndə qocalacaqsan!»
Ağsaqqallar həmişə respublikamızda gedən seçki və referendumlarda , ölkəmizin taleyüklü məsələlərinin həllində fəal iştirak etmişlər. Bu fəaliyyətlərinə görə də onlar daim təşəkkürə layiqdirlər.
Tədbirin sonunda ahılları «Ahıllar günü» münasibətilə təbrik etmiş, onlara uzun ömür, cansağlığı, həyat xoşbəxtliyi və gələcək işlərinizdə yeni-yeni nailiyyətlər arzu edilmışdır.
 

Keçidlər