Sahil-Lökbatan-Sahil marşrutu üzrə velosiped yürüşü
09 may 2016-cı il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr оlunmuş Sahil-Lökbatan-Sahil marşrutu üzrə velosiped yürüşü keçirildi.
Yürüşdə Qaradağ rayon gəncləri və həvəskar velosipedçilər iştirak edirdi. Qeyd olundu ki, Ulu Öndərin yubileyi ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən silsilə tədbirlər keçirilir və sözügedən yürüş həmin tədbirlər planının tərkib hissəsidir.
Yürüşə start verilməzdən əvvəl iştirakçılar Qaradağ Gənclər Evində yaradılmış şəraitlə yaxından tanış oldular. Yürüş rayonun Gənclər Evinin qarşısından start götürdü və ilk mərhələ Lökbatan qəsəbəsində başa çatdı. Heydər Əliyev Mərkəziziyarət edildikdən sonra yürüş iştirakçıları son məntəqə olan Sahil qəsəbəsinə istiqamət aldılar.