Gənc hərbçilər Heydər Əliyev irsini öyrənməkdə davam edirlər
05 may 2016-cı il tarixdə rayon ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının 9923 saylı hərbi hissədə şəxsi heyəti arasında “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr оlunmuş “Mən Heydər Əliyev irsini öyrənirəm” adlı bilik olimpiadası keçirildi.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin məsul işçisi İlqar Qasımov Ulu Öndər Heydər Əliyevin yubileyi ilə bağlı Qaradağ rayonunda silsilə tədbirlərin keçirildiyini və bu olimpiadanın da həmin tədbirlərin tərkib hissəsi olduğunu qeyd etdi.
Sonra hərbi qulluqçulardan ibarət komandalara Heydər Əliyevin həyat və fəaliyyətini əhatə edən suallar verildi.
Ümumi yekun nəticəyə əsasən I, II, III yerləri tutmuş komandalar müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.