Şriftin ölçüsü :

Saytın rəngi :

“TOUR D’ AZERBAİDJAN” beynəlxalq velosiped turu keçirilir

06 may 2016 | 11:00

04-08 may 2016-cı il tarixlərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, Bakı və Sumqayıt şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə 5 mərhələdən ibarət olan “TOUR D’ AZERBAİDJAN” beynəlxalq velosiped turu keçirilir.
Keçirilən veloturda xarici ölkələrdən 500  nəfərdən çox iştirakçı və fəxri qonaq, o cümlədən Beynəlxalq Velosipedçilər İttifaqının və Avropa Velosiped Federasiyasının rəhbər vəzifəli şəxsləri, dünyanın tanınmış velosipedçiləri iştirak edirlər.
Velosiped turu may ayının 4-də paytaxtımızın Bayraq Meydanında start götürərək, Qızıldaş, Müşfiqabad, Sulutərə, Masazır, və Novxanı qəsəbələrindən keçməklə Sumqayıt şəhərinə kimi davam etdi. May ayının 5-də Şix çimərliyi ilə üzbəüz ərazidəki Velosiped parkından start götürərək “Bakı-Abşeron-Qonustan-Şamaxı-İsmayıllı” marşrutu üzrə davam etdirildi.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən beynəlxalq “TOUR D’ AZERBAİDJAN” beynəlxalq velosiped turunda Qaradağ rayonunun inzibati ərazisindən keçən hissədə 3000 nəfər rayon gənci də iştirak edərək yarış iştirakçılarını salamlamış və onlara dəstək olmuşlar.

Keçidlər