“23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş tədbir keçirildi
23 aprel 2016-cı il tarixdə Qaradağ Gənclər Evinin elektron kitabxanasında rayon məktəblilərinin iştirakı ilə “23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edildiyini, bu barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olmasının vurğulanmasını qeyd etdi.
Müəlliflərin cəmiyyətdəki xüsusi rolu, müəlliflik hüququnun qorunmasına dövlətimiz tərəfindən təminat verildiyi, Azərbaycanda “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nün Dövlət müstəqilliyi qazanıldıqdan sonra -1997-cı ildən qeyd olunduğu deyildi.
Gənclərin nəzərinə çatdırıldı ki, hər şeyin başlanğıcı insanın tükənməz təbii resurslarından irəli gələn yaradıcılığı, əqli fəaliyyətidir. Bu fəaliyyətin nəticələri obyektivləşərək, yazıya, kitaba çevrilir.
Daha sonra məktəblilər arasında “sürətli oxu” üzrə müsabiqə keçirildi.
onda oxuduqları kitablar haqqında danışan gənclər öz aralarında kitab mübadiləsi etdilər.