Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası
Qaradağ Rayon İcra Hakimiyyətində Başçının yanında Şuranın növbəti iclası keçirilmişdir.
Şuranın işində Rayon İcra Hakimiyyəti Başçısının yanında Şura üzvləri, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonunun aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri də daxil olmaqla cəmi 93 nəfər iştirak edirdi.
Şurada Qaradağ rayonunun təhsil müəssisələrində 2011-2012-ci tədris ilinin yekunları və 2012-2013-cü tədris ilinə hazırlığın vəziyyəti barədə Qaradağ rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramovun, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ümid, Səngəçal və Çeyildağ qəsəbələri üzrə nümayəndələrinin iş üslubları və metodları, nümayəndəliklərdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması işlərinin təşkilinin vəziyyəti barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli üzünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Muradovun və Qaradağ rayonunun təsərrüfat və kommunal xidməti sahələrinin 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlığı barədə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri Mətləb İbrahimovun məruzələri dinlənilmişdir.
Gündəlikdəki məsələlər üzrə Sahil qəsəbəsindəki 228 saylı məktəbin direktoru Allahverdi Abbasov, Başçının Ümid qəsəbəsi üzrə nümayəndəsi Hüseyn Babayev, Qaradağ rayon Elektrik enerjisinin satışı şöbəsinin rəisi Canəhməd Əhmədov çıxış etmişlər.
Məruzələr ətrafında çıxışlar bitdikdən sonra Şura iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturunun cari vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənilmişdir.
Gündəlikdəki məsələlərə dair Şuranın qərar layihələri oxunmuş və müvafiq rəylər və təklif nəzərə alınmaqla qəbul edilmişdir.