Milli Qəhrəman Yusif Əliyev adına 195 saylı orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilmişdir.
Aprelin 15-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan qəsəbəsində yerləşən Milli Qəhrəman Yusif Əliyev adına 195 saylı orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, məktəbin direktoru Allahverdi Məmmədov, qəsəbə ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 195 saylı məktəbin direktoru Allahverdi Məmmədov multikultural dəyərlərin əhəmiyyətindən söhbət açaraq bu kimi tədbirlərin şagirdlər üçün vacib olduğunu bildirdi.
Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov Azərbaycanda olan tolerant mühitdən və multikulturalizmin ictimai faydasından söhbət açdı.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev multikulturalizm anlayışı haqqında dinləyicilərə geniş məlumat verdi. Bildirildi ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm dövlət siyasətinə çevrilmiş və bu siyasət uğurlu şəkildə davam etdirilməkdədir. Bununla yanaşı, şagirdlərə dini radikal meyllər haqqında maarifləndirici məlumat verilərək, bu zərərli meyllərin mahiyyəti haqqında da söhbət aparıldı.
Daha sonra çıxış edən ziyalılar və məktəb müəllimləri tədbirin təşkilatçılarına minnətdarlıq bildirdi.
Tədbirdə geniş fikir mübadiləsi aparıldı və şagirdləri maraqlandıran suallar cavablandırıldı.