"Şəhidlər ölməz vətən bölünməz"
14 Aprel 2016-cı il tarixdə Ə.Əmirov adına mədəniyyət sarayında "Şəhidlər ölməz vətən bölünməz" adlı tədbir keçirildi.
Tədbirdə Səfərbərlik və hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Qaradağ rayon idarəsinin baş zabiti mayor Mübariz Hüseynov və kapitan Sübhan İbişov, 139 saylı orta məktəbin tarix müəllimi Zöhrə Verdiyeva, Qaradağ rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov, Mədəniyyət sarayının direktoru İkram Əhmədov, Bədii Rəhbər R.Məmmədova, mövzu ilə bağlı çıxış etdilər. Bildirildi ki, Azərbaycanın mərd, məğrur, yenilməz, ordusu hər zaman öz şücaətini göstərməkdədir. Azərbaycanın müstəqilliyi suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimiz hər zaman xalqımızın qəlbində daima yaşayıb və yaşayacaq.
Tədbirin bədii hissəsində Şəhidlər bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Mədəniyyət sarayının Dram və Bədii Qiraət dərnəyinin üzvlərinin ifasında "Bu günün məktəblisi sabahın əsgəri" adlı kompozisiya Mədəniyyət sarayının solistləri S.Quliyev, B.Ağdamlı, V.Quliyeva, M.Yaliyev, Q.Məmmədov, F.Cavadzadə, idmançılar çıxış etdilər.
Tədbirdə mədəniyyət Sarayının rəsm sərgisi təşkil olundu.