Şriftin ölçüsü :

Saytın rəngi :

Bu günə qədər 30384 nəfər tibbi müayinələrdən keçmişdir

15 aprel 2016 | 11:00

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2016-cı il fevral ayının 15-dən may ayının 1-dək respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da 18 yaşdan yuxarı əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır.
Bununla əlaqədar  Qaradağ Rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla həyata keçiriləcək tədbirlərə dair xüsusi qrafiklər tərtib olunmuşdur. 
Rayonumuzda əhalinin tibbi müayinəsinin qrafik əsasında yüksək səviyyədə və mütəşəkkilliklə həyata keçirilməsi məqsədilə müvafiq qurumların da cəlb olunması ilə qəsəbə və yaşayış məntəqələrində  tədbirlə bağlı əhali arasında maarifləndirmə işləri aparılmışdır.
Rayon İcra hakimiyyətində əhalinin tibbi müayinədən keçirilməsi zamanı yarana biləcək neqativ halların aradan qaldırılması üçün “Qaynar xətt” telefon əlaqə nömrəsi yaradılmışdır.
Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayonun 19, 17, 23 və 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının Poliklinika şöbələrində, 13 və 32 nömrəli Şəhər Poliklinikalarında müvafiq şəraitlər yaradılmışdır.
Fevralın 15-dən etibarən bu günə qədər 6 səhiyyə müəssisəsi tərəfindən 30384 nəfərinin müayinələrdən keçməsi təmin olunmuşdur.
Tibbi müayinə zamanı aşkar olunmuş xəstəliklər üzrə 1671 nəfər dispanser qeydiyyata götürülmüş, 277 nəfər isə stasionar müalicəyə qəbul olunmuş və  195 nəfər isə Bakı şəhərinin digər tibb müəssisələrinə əlavə müayinəyə göndərilmişdir.
Rayonda fəaliyyət göstərən 174 idarə, müəssisə və təşkilatlarda çalışan əmək kollektivlərin tibbi müayinədən keçirilməsi başa çatdırılmışdır.
Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər.
Hazırda rayonda əhalinin tibbi müayinə olunması davam etdirilir.

Keçidlər