“Azərbaycan Gənci hər an Vətənin müdafiəsinə hazırdır”
04 aprel 2016-cı il tarixdə Qaradağ rayonunda “Azərbaycan Gənci hər an Vətənin müdafiəsinə hazırdır” mövzusunda tədbir keçirilmişdir. Görüş Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun akt zalında keçirilmişdir. Görüşdə 850-dək rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, ictimai birliklər və gənclər iştirak edirdi.
Təbir iştirakçıları əvvəlcə Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstə çiçəkləri qoydular, onun xatirəsini ehtiramla yad etdilər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qeyd etmişdir ki, cari ilin aprel ayının 2-dən 3-nə keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkilmiş və təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrimiz atəşə tutmuşdur. Bu silahlı təxribat nəticəsində hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar.
Həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdilər.
Daha sonra rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş komandan cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi məqsədyönlü hərbi strategiyanın uğurlu icrasının nəticəsi istər silahlı ordu birləşmələrində istərsə də xalq arasında torpaqlarımızın azad olunmasında böyük ruh yüksəkliyi yaratmışdır. Son günlərdə ordumuz tərəfindən əldə olunan qələbələr bunu deməyə əsas verir.
Silahlı qüvvələrimiz tərəfindən erməni təxribatının qarşısı layiqincə alınmaqla yanaşı eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi.
Cəbhədə baş verən son hadisələrlə bağlı 02 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilmiş və həmin iclasda Dövlətimizin başçısı çıxış edərək bu günkü təxribatın da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürü olduğu qeyd edilmişdir. ATƏT-in Minsk qrupunun münaqişənin həlli ilə bağlı son 25 ildə apardığı ikili standartların səmərəsiz nəticəsi qeyd edilmişdir.
Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının sədri, Millət vəkili Aydın Hüseynov çıxışında son günlərdə cəbhədə baş verən erməni təxribatının qarşısının alınması istiqamətində Azərbaycan ordusunun xüsusi şücaətliyini və ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində aparılan işlərə tam dəstək olduğunu qeyd etmişdir.
Millət vəkili Mixail Zabelin Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizə qarşı aparılan ədalətsiz müharibəni pisləndiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində məsələnin həllinin zəruriliyini qeyd etmişdir.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Rafiq Abbasov çıxış edərək son günlərdə silahlı qüvvələrimiz tərəfindən əldə olunan uğurlar haqqında geniş məlumat verilərək dövlət başçısının apardığı uğurlu hərbi siyasət dəstəklənmiş və ölkə başçısının hər an müharibə çağırışına vətənpərvər oğullarımızın hazır olduğu bildirmişdir.
Qaradağ rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi polkovnik-leytnant Novruz Rəhimov son günlərdə ordumuz tərəfindən Ermənistan silahlı qüvvələri üzərində inamlı qələbəsinin hər birimizin ürəyincə olduğdundan, həmçinin bu günlərdə Dövlət Xidmətinə könüllülərin müraciətindən söz açmışdır.
Daha sonra Milli Qəhrəman Yusif Əliyevin atası Əliusif Əliyev, Qaradağ rayon Şəhid Anaları Cəmiyyətinin sədri Pakizə Abbasova, II qrup Qarabağ əlili Bəhman Qurbanov, Qarabağ müharibəsi veteranı Hümbət Hümbətov, ehtiyatda olan zabit Əlizaman Məmmədov Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvi Coşqun Şalyarov və digərləri çıxışlarında Azərbaycan ordusunun son günlərdə Ermənistan silahlı qüvvələri üzərində inamlı qələbəsini qeyd etmiş və dövlət başçısı, Alı Baş Komandan cənab İlham Əliyevin ətrafında xalqımızın sıx birləşərək həmrəylik nümayiş etdirdiyi haqqında danışdılar.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Qaradağ rayon əhalisi adından ölkə rəhbərinin yürütdüyü məqsədyönlü və müdrik siyasət alqışlanaraq dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad olunmasına hər an hazırı olduqları bildirilmişdir.