“Ölkəmizi tanıyaq” layihəsinin birinci mərhələsi başa çatdı
Martın 19-u “Ölkəmizi tanıyaq” layihəsinin birinci mərhələsi başa çatdı.
Qaradağ rayonunun da yuxarı sinif şagirdlərinin daxil olduğu Bakı məktəblilərinin “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın qədim yurdu Naxçıvana səyahəti uğurla başa çatmışdır. Gül-çiçəklə, bayram əhval-ruhiyyəsi ilə qarşılanan paytaxt məktəbliləri birinci gün Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində olmuşlar. Sonra “Xan Sarayı” Dövlət Tarix-Memarlıq muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanası ilə tanış olmuşlar. İkinci gün Naxçıvan Dövlət Ünivürsiteti, Naxçıvan Avtomobil Zavodu, “Gəmiqaya Mineral Sular” MMC ilə tanış olduqdan sonra Ordubad şəhərində 3 nömrəli tam orta məktəbi, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeylərində oldular. Üçüncü gün Şahbuz rayonunda Şahbuz şəhər 2 nömrəli tam orta məktəbi, “Farma-Şah” MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası, Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq şagirdlərdə xoş təsürat yaratmışdır. Naxçıvan şəhəri ilə yaxından tanış olan şagirdlər Dövlət Bayrağı Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Tarix Müzeyində olmuşlar.
Sonuncu gün məktəblilər Kəngərli rayonuna səfər etmişlər. Orada “Naxçıvan Sement Zavodu” MMC, Kəngərli Rayon Tarix-Diyarşunaslıq Muzeyi, Qarabağlar Memarlıq Kompleksi və Qarabağlar kənd 1 nömrəli orta məktəbində olmuşlar.
Səfərin sonunda Naxçıvan şəhərində Gənclər Mərkəzində gənclərlə görüş keçirilmişdir.
“Ölkəmizi tanıyaq” layihəsinin birinci mərhələsi Martın 19-u başa çatmışdır.
Naxçıvan Muxtar Respublikasına 4 günlük səfər edən Qaradağ məktəbliləri Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənə ilə qarşılandılar. Gənclər Azərbaycan Dövlət Televiziyasına müsahibə verdilər və onları qarşılayan Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları ilə layihə barədə xoş təəssüratlarını bölüşdülər.
Qaradağ məktəbliləri bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirdilər.
Hava limanından Qaradağ rayonu Heydər Əliyev Mərkəzinə gələn məktəblilər burada valideynləri tərəfindən qarşılandılar, onlarla birgə xatirə şəkilləri çəkdirdilər.