Şriftin ölçüsü :

Saytın rəngi :

“5 mart-Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş rayon idmançıları ilə görüş

05 mart 2016 | 11:00

Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində  03 mart  2016-cı il  tarixdə “5 mart-Bədən tərbiyəsi və idman  günü”nə   həsr olunmuş rayon idmançıları ilə görüş   keçirildi.
Görüşdən qabaq rayon rəhbərliyi, qonaqların və fəal idmançıların iştirakı ilə Heydər Əliyev Mərkəzinə baxış oldu.
Daha sonra toplantı Heydər Əliyev Mərkəzinin dəyirmi masa zalında davam etdirildi. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dövründə idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan söhbət açaraq, bu uğurlu yolun Azərbaycan Respublikasının Prezidenti, milli idmanımızın hamisi cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsindən danışdı. O, “5 mart-Bədən tərbiyəsi və idman  günü” ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun idarə tərəfindən Lökbatan və Sahil qəsəbələrində atletika, şahmat, dama, stoüstü tennis üzrə rayon yarışları, Body Zorb üzrə açıq rayon birinciliyinin keçirilməsi  və həmçinin rayon idmançılarının nailiyyətləri haqqında qısa məlumat verdi.
Tədbirdə iştirak edən Qaradağ rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Adil Ağayev,  Təhsil  İşçiləri  Azad  Həmkarlar  İttifaqının Qaradağ  rayon Komitəsinin sədri Zümrüd Rzayeva gənclərin bir şəxsiyyət kimi böyüməsində  Dövlət Gənclər siyasətinin rolundan, peşəkar idmançılar vasitəsilə Azərbaycanın imicinin beynəlxalq aləmdə formalaşdırılmasının əhəmiyyətindən danışdılar.
Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün rayonda yaradılmış gözəl şəraitdən söhbət açıldı.
Tədbirin sonunda Avropa, dünya çempionatlarında, beynəlxalq turnirlərdə yüksək nəticələr göstərmiş idmançılar və  rayonun idman həyatında xidmətləri olan fiziki tərbiyə müəllimləri rayon rəhbərliyi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər