Gənclərin hüquqlarının qorunması və milli-mənəvi dəyərlərimiz
16 fevral 2016-cı il Qaradağ rayonu Müşviqabad qəsəbəsindəki 320 saylı orta məktəbdə rayon gəncləri ilə “Gənclərin hüquqlarının qorunması və milli-mənəvi dəyərlərimiz” mövzusunda toplantı keçirildi.
Tədbirdə Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbənin müdir müavini Ceyhun Əliyev, həmin şöbənin baş məsləhətçisi Novruz Həsənli, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Müşfiqabad qəsəbə məscidinin dini icmasının sədri İlşad Süleymanov, Bilik fondunun rəhbəri professor Vilayər İsaxan və həmin fondun ölkədaxili layihələr sektorunun müdiri Abdulla Hacı iştirak edirdilər.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğıdan, söhbət açıldı. Qeyd olundu ki, dövlət rəhbərinin imzası ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” ölkə gənclərinə olan inam və etimadın bariz nümunəsidir. 10 il üçün nəzərdə tutulmuş strareji plan gənclərlə bağlı bütün sahələri, o cümlədən onların hüquq və azadlıqlarının və eyni zamanda milli-mənəvi dəyərlərin qorunmasını özündə ehtiva edir. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra “Milli-mənəvi dəyərlərin qorunması barədə” bəyanat verməsini diqqətə çatdıran çıxışçılar ulu öndərin tövsiyyələrinə əməl edərək əsrlərlə formalaşmış adət-ənənələrimizin qoruyub saxlayaraq gələcək nəsillərə çatdırılmasını gənclərin qarşısında duran ən ümdə məsələlərdən biri olduğunu qeyd etdilər. Xüsusilə vurğulandı ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi ölkəmizin mənəviyyat siyasətinin əsas istiqamətlərindən biridir.
Tədbirin sonunda gəncləri maraqlandıran suallara cavablar verildi.