“Narkotiklərlə mübarizə ümumxalq işidir”
12 fevral 2016-cı il tarixdə Qaradağ rayonunun Sanqaçal qəsəbəsindəki FHN MM Qoşunlarının “N” saylı alayında şəxsi heyətlə “Narkotiklərlə mübarizə ümumxalq işidir” mövzusunda toplantı keçirildi.
Toplantıda rayon İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul işçisi Firidun Hüseynov, Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, alayın zabit və əsgər heyəti iştirak edirdi.
Tədbirin birinci hissəsində rayonun yeniyetmə və gənclərinin müvafiq mövzuda çəkdikləri rəsmlərdən ubarət sərgiyə baxış keçirildi.
Daha sonra narkotiklərə düçar olma səsbəbləri və onların fəsadları barədə videoçarx nümayiş etdirildi.
Tədbirdə iştirak edən Qaradağ rayon İcra Hakimiyyətinin məsul işçisi Firudin Hüseynov, rayon gənclər və idman İdarəsinin rəisi Elçin Abbasov gənc nəslin sağlam həyat tərzinin təmin olunmasının zəruriliyindən danışaraq bu sahənin daima rayon rəhbərliyinin diqqət mərkəzində olmasını, bu istiqamətdə əməli tədbirlərin görülməsi üçün şəraitin yatadılmasını qeyd etdilər.
Narkomanlığa qarşı kütləvi şəkildə mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psiхotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə” Dövlət Proqramı(2013-2018-ci illər)nın icrası ilə bağlı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası yaradılmasını və həmin komissiya tərəfindən müntəzəm olaraq bu sahədə maarifləndirmə işlərinin aparildığını diqqətə çatdırdılar.
Tədbirin sonunda iştirakçılara mövzuya uyğun broşürlər paylandı.