Şriftin ölçüsü :

Saytın rəngi :

Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirmişdir

12 fevral 2016 | 11:00

12 fevral 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.
Keçirilmiş səyyar qəbulda 150-ə yaxın qəsəbə sakini iştirak etmişdir.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılova qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemlərini haqqında geniş danışmışlar.
Qəbula gələn qəsəbə sakinlərindən 14 nəfəri fərdi qaydada dinlənilmişdir. Qəsəbə sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər