Vulkan pükürməyə başladı
21 sentyabr 2012 | 10:00
20 sentyabr 2012-ci il tarixində Qaradağda palçıq vulkanı püskürməyə başlayıb. Vulkandan ətrafa alov və palçıq kütlələri səpələnir. Hazırda püskürmə davam edir.
http://www.youtube.com/watch?v=dWLbTwNBCPQ&feature=player_embedded
Ümumiyyətlə, Azərbaycanın ərazisi planetimizin palçıq vulkanizminin inkişaf etdiyi unikal və klassik regionudur.
Yer kürəsində 800-dən artıq palçıq vulkanı mövcuddur ki, bunların da təxminən 300-ü Azərbaycan ərazisində dəniz sahilində, dənizdə və adalar üzərindədir.
Təsadüfi deyil ki, Azərbaycan palçıq vulkanlarının vətəni sayılır.