“2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirildi
02 fevral 2016-cı il tarixdə Qaradağ rayonu Sanqaçal qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi alayında “2 fevral - Azərbaycan gəncləri günü”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda şəxsi heyətlə görüş keçirildi.
Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, Azərbaycan gənclərini vahid təşkilat altında birləşdirmək, dovlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərə yönəltmək məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən xüsusilə danışdı. O, “2015-2025-ci illərdə Azərbaycan gəncliyinin inkişaf strategiyası və qarşıda duran vəzifələr” haqqında və “2 fevral gənclər günü” münasibətilə keçirilən tədbirlər barədə qısa məlumat verdi. YAP Qaradağ RT-nın Gənclər Birliyinin sədri Ramiz Yusubov ölkədəki gənclər hərəkatına, orduya göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdi.
Tədbirin ikinci hissəsində şəxsi heyət üçün konsert proqramı verildi.
Sonda hərbi hissənin 10 nəfər gənc zabit və əsgəri rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.