Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci ildə Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı

28 yanvar 2016 | 11:00

28 yanvar 2016-cı il tarixində Lökbatan qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyəti qurumlar iştirak edirdi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbəsi üzrə nümayəndəsi Oqtay Sadıqov hesabat verərək qeyd etdi ki, 2015-ci il Lökbatan qəsəbəsi üçün olduqca  uğurlu bir olmuşdur. Belə ki, Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi  sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Ölkə başçısının rəhbərliyi ilə hazırlanmış müvafiq Dövlət Proqramlarının uğurlu icrası və rayon İcra hakimiyyətinin daxili imkanları hesabına da qəsəbədə xeyli işlər görülmüşdür. Belə ki, 7 saylı Bakı Peşə liseyi, 9 saylı musiqi məktəbi qəsəbə istifadəyə verilmişdir. Hal hazırda böyük bir xəstəxananın inşası davam edir. Təbii ki, bütün bunlar qəsəbə sakinlərini ürəkdən sevindirir. Ötən il ərzində qəsəbə ərazisində əhalinin elektrik, su və qaz təchizatında heç bir problem olmamışdır. Ötən il qəsəbə sakinlərini narahat edən problemlər də Lökbatan qəsəbə nümayəndəliyində araşdırılmış, məsələnin həli üçün lazımi tədbirlər görülmüşdür.
Hesabat yığıncağında çıxış edən natiqlər ölkə başçısına öz dərin təşəkkürlərini bildirmişlər. Hesabat yığıncağında qəsəbə sakinləri nümayəndəliyin 2015-ci ildə gördüyü işlərə qənaətbəxş qiyməti verilmişdir.

Keçidlər